
Millimizin üzvü qol vurdu, komandası qələbə qazandı
- 01 Fev 2022 11:15
- 435
Ukraynanın “Aleksandriya” komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarkanın “Vayle Boldklub” klubu ilə qarşılaşıb.
Matç Ukrayna təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb. “Aleksandriya"da çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev də bu qarşılaşmanın iştirakçısı olub. 64-cü dəqiqədə meydana daxil olan U-21 millimizin üzvü 82-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.