
Millimizin üzvü İspaniya klubundan ayrıldı
- 15 Fev 2022 16:20
- 473
Futzal millimizin hücumçusu Rafael Vilela İspaniya “Palma”sından ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun yeni klubu “Tümen”lə müqavilə imzalamaq üçün Rusiyaya getdiyi bildirilib.
Müqaviləsinə xitam veriləcək oyunçunun tibbi müayinədən keçməsi üçün sözügedən ölkəyə yollanmasına icazə verildiyi vurğulanıb.