Millimizin üzvü 90 dəqiqə oynadı
- 14:20
- 29
Cənubi Koreya çempionatında 14-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" səfərdə “Qanqvon”la qarşılaşıb və 0:2 hesabı ilə uduzub.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi matça start heyətində başlayıb və sona qədər meydanda olub.
"Daejeon" 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.