19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 9-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.


Rekord.az xəbər verir ki, U-19 aprelin 11-dən 17-dək Xorvatiyada Avropa çempionatının seçmə mərhələsinin II raundunda mübarizə aparacaq. 


Millimiz B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq.


U-19-a dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:


1. Nərgiz Ağaliyeva - Şəfa

2. Firuzə Bayramova - Dirçəliş

3. Vahidə Əlipaşayeva - Dirçəliş

4. Mədinə Curuqova - Neftçi

5. Arzu Cəfərova - Şəfa

6. Səma Əsədova - Sabah

7. Yelizaveta Vaysman - Şəfa

8. Ülviyyə İslamova - Baku Juniors

9. Pərişan Abdullayeva - Liman

10. Xanım Əsədova - Neftçi

11. Aygün Novruzova - Sabah

12. Aysu Əsədova - Sabah

13. Ayan Abdiyeva - Liman

14. Mədinə Qədiməliyeva - Şəfa

15. Məsumə Nəzərli - Neftçi

16. Ayşən Salamzadə - Neftçi

17. Arzu Ağaliyeva - Şəfa

18. Bədriyyə Mavludova – Şəfa

 

11 aprel

 

14:00. Xorvatiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)

Baş hakim: Henrikke Nervik (Norveç)

Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Jasmin Matisiak (Almaniya)

Dördüncü hakim: Angelika Soeder (Almaniya)

Karlovaç, “Branko Çavloviç-Çavlek” stadionu

 

14 aprel

 

16:00. Çexiya (U-19, Qadınlar) – Azərbaycan (U-19, Qadınlar)

Baş hakim: Eqlantina Pyetruşay (Albaniya)

Baş hakimin köməkçiləri: Paola Şayl (Albaniya), Iva Yaniç (Xorvatiya)

Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)

Luçko stadionu

 

17 aprel

 

14:00. Azərbaycan (U-19, Qadınlar) – Gürcüstan (U-19, Qadınlar)

Baş hakim: Henrikke Nervik (Norveç)

Baş hakimin köməkçiləri: Line Katrine Nimoen (Norveç), Iva Yaniç (Xorvatiya)

Dördüncü hakim: Martina Matiyeviç (Xorvatiya)

Luçko stadionu