Azərbaycan millisinin sabiq futbolçusu Pavel Paşayev Ukraynanın “VPK-Aqro” klubundan ayrılıb.

Rekord.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, birinci liqa təmsilçisi 33 yaşlı müdafiəçiyə mövsümün sonuna qədər komandada qalmağı təklif etsə də, Paşayev razılıq verməyib.

Onun karyerasını Ukraynadan kənarda davam etdirmək istədiyi bildirilib. 

Qeyd edək ki,  “VPK-Aqro”ya bu ilin yayında “Aleksandriya”dan keçən Pavel Paşayev 2016-2019-cu illərdə Azərbaycan millisinin heyətində 20 oyuna çıxıb.