
Millimizin rəqibləri məlum oldu
- 09 Dek 2021 18:40
- 485
Bu gün İsveçrənin Nyon şəhərində final mərhələsi 2023-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq 17 yaşadək qadınlardan ibarət komandaların Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, reytinqə əsasən B liqasında qərarlaşan millimiz 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya komandaları ilə A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
Bu qrupun oyunları gələn il 8-14 mart tarixlərində Albaniyada keçiriləcək.