2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanan Serbiya millisinə mükafat veriləcək.

Rekord.az xəbər verir ki, ölkə başçısı Aleksandr Vuçiç yığma üzvlərinə 1 milyon avro mükafat ayırıb.

Bu məbləğ federasiyanın hesabına köçürülüb. Serbiya mətbuatının yazdığına görə, millisinin futbolçuları həmin mükafatı almaqdan imtina ediblər. Belə ki, onlar bu məbləği fonda ianə ediblər. Futbolçular xəstə uşaqlara yardım məqsədi ilə könüllü olaraq bu addımı atıblar.

Xatırladaq ki, Azərbaycan millisiylə bir qrupda yer alan Serbiya yığması son turda səfərdə Portuqaliyaya 2:1 hesabı ilə qalib gələrək DÇ-nin final mərhələsinə birbaşa vəsiqə əldə edib.