
Millimizin rəqibi Norveç və Finlandiya ilə qarşılaşacaq
- 23 Dek 2021 14:12
- 661
Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Slovakiya yığması 2 yoldaşlıq oyunu keçirəcək.
Rekord.az Slovakiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Ştefan Tarkoviçin baş məşqçi olduğu komanda 2022-ci il martın martın 25-də Norveçlə, 4 gün sonra isə Finlandiya ilə üz-üzə gələcək.
Qarşılaşmalar müvafiq olaraq Norveçin paytaxtı Osloda və İspaniyanın Mursiya şəhərində oynanılacaq.
Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə ilk oyununu 2022-ci il iyunun 10-da Bakıda, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.