
Millimizin müdafiəçisi İrlandiya ilə oyunu buraxacaq
- 08 Okt 2021 20:20
- 520
Azərbaycan millisi İrlandiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bəhlul Mustafazadə zədəli olduğü üçün yığmanın düşərgəsindən ayrılıb.
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.