Azərbaycan millisinin futbolçusu Mahir Emreli məşqlərə başlayıb.

Rekord.az xəbər verir ki, Xorvatiyanın “Dinamo” klubunun hücumçusu komandanın dünənki məşqində kollektivlə birgə hazırlıqda iştirak edib.

26 yaşlı ön xətt oyunçusu özü də məşqdən şəkil paylaşıb. Onun Konfrans Liqasının pley-off mərhələsində İspaniya klubu “Betis”lə bu gün keçiriləcək cavab görüşündə iştirakı baş məşqçinin qərarından asılı olacaq.

Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi.