Dekabrın 18-də və 19-da futzal üzrə Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək beynəlxalq yoxlama oyunları canlı yayımlanacaq.

Rekord.az xəbər verir ki, FHN-in İdman-sağlamlıq mərkəzində keçiriləcək və saat 18:00-da start götürəcək matçları tamaşaçılar “CBC Sport” kanalından izləyə biləcəklər.