Millimizin gürcülərlə ikinci görüşü
- 12:30
- 38
Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxacaq.
Futbolinfo.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda bu dəfə də Gürcüstan yığması ilə üz-üzə gələcək.
Görüş Tiflis şəhərindəki İdman Sarayında, saat 14:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə bitib.
Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.