
Millimizin dünya reytinqindəki mövqeyi açıqlandı
- 30 Noy 2021 18:00
- 499
Dünya Çimərlik Futbolu təşkilatı “Beach Soccer Worldwide” (BSWW) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Rekord.az xəbər verir ki, Azərbaycan millisi dünya reytinqində 390 xal ilə 28-ci pillədə qərarlaşıb. Komandamız Avropa sıralamasında da 10-cu pillədədir.
Siyahıya 4295 xalı olan Rusiya başçılıq edir. 3479 xalı olan Portuqaliya ikinci, 2695 xala malik Braziliya isə üçüncüdür.