
Millimizin AÇ-dəki rəqibi 4 yoxlama oyunu keçirəcək
- 13 Dek 2021 18:00
- 500
Futzal üzrə Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilə bir qrupda yer alan və yanvarın 22-də komandamızın rəqibi olacaq Gürcüstan yığması 4 yoxlama oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, rəqibimiz dekabrın 16-da və 18-də Serbiya millisi ilə üz-üzə gələcək. Növbəti rəqib isə Qırğızıstan yığması olacaq. Bu komanda ilə görüşlər isə dekabrın 21-də və 22-də baş tutacaq.
Qeyd edək ki, bu oyunların hamısı Tiflisdə baş tutacaq.