Millimizin 1/8 finaldakı rəqibi bəlli oldu
- 18:30
- 30
Minifutbol üzrə Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi bəlli olub.
Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv növbəti raundda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.
Azərbaycan millisi F qrupunu 9 xalla birinci pillədə başa vurub. Qazaxıstan yığması 4 xalla E qrupunda ikinci olub.
Xatırladaq ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (1:0) məğlub edib.