
Millimizdən imtina edən futbolçu klubunu dəyişdi, "Qarabağ"ın futbolçusu təbrik etdi
- 19 Yan 2022 14:21
- 502
"Başakşəhir"in futbolçusu Emrek Kaplan "Hatayspor"a icarəyə verilib.
Rekord.az xəbər verir ki, müdafiəçi 1,5 il Hatay klubunda çıxış edəcək.
Keçidi ilə bağlı sosial şəbəkədə paylaşım edən Kaplana təbrik edənlər arasında "Qarabağ" və Azərbaycan millisinin üzvü Toral Bayramov da olub.
Ağdam klubunda aparıcı simaya çevrilən Bayramov Kaplanın instaqramdakı paylaşımına "başarılar kanka" şərhini yazıb.
Azərbaycanın U-19 və U-21 yığmasında çıxış edən Emre sonradan millimizdən imtina edərək Türkiyə U-21 yığmasında oynayıb.