
Millimizdən BƏƏ ilə heç-heçə
- 30 Noy 2021 20:53
- 481
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama matçına çıxıb.
Rekord.az xəbər verir ki, yığmamız meydan sahibi BƏƏ-nin U-16 komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə bitib. Millimizin heyətində Elton Mikayılov fərqlənib.
Bu komandalar arasında növbəti oyun dekabrın 2-də keçiriləcək.