
Millimiz Türkiyə ilə bir qrupa düşdü
- 08 Dek 2021 17:00
- 488
Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığmamız Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.