Azərbaycanın minifutbol yığması Monteneqroda təşkil olunan beynəlxalq turnirdə iki oyun keçirib.

Rekord.az xəbər verir ki, Avropa çempionatına hazırlaşan Elşad Quliyevin baş məşqçisi olduğu komanda ilk matçda dünya çempionu Rumıniyaya uduzub - 0:1.

Təmsilçimiz ikinci qarşılaşmada Bosniya və Herseqovinanı 6:0 hesabı ilə üstələyib. Bu görüşdə rəqib qapısına Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov yol tapıblar.

Azərbaycan millisi bu gün Monteneqro ilə münasibətləri aydınlaşdıracaq.