Bu gün futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində ilk oyununa çıxır.

Rekord.az xəbər verir ki, komandamız səfərdə Rumıniya yığması ilə qarşılaşacaq.

Oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

DÇ-2024-ün elit-raund oyunu
15 sentyabr

Rumıniya – Azərbaycan
Hakimlər: Admir Zahoviç, Aleş Mocnik Peric, Dejan Veselic (Hakimlər briqadası Sloveniyadandır)
Timekeeper: Laurentiu Deaconu (Rumıniya)
Hakim-inspektor: Angelo Qalante (İtaliya)
UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)
Buzau şəhəri. Romeo İamadi Arena. Saat 19:30.