Millimiz məşqlərə başladı
- 22:30
- 36
Futzal üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.
Rekord.az xəbər verir ki, yığma üzvləri səhər və axşam olmaqla günü iki məşqlə başa vurub.
Komandamız aprelin 7-dək hazırlığını Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.
Millimiz aprelin 8-də Tiflisə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.