
Millimiz İspaniya ilə oyunda 6 qola üzüldü
- 13 Noy 2021 23:00
- 474
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, millimiz Lüksemburqda keçirilən oyunda İspaniya yığması ilə qarşılaşıb. Azərbaycan futbolçuları bu oyunda altı cavabsız qola üzülüblər.
8-ci qrupun digər matçı qrup oyunlarına ev sahibliyi edən Lüksemburqla Belçika yığması arasında baş tutub. Belçikalılar da darmadağınla qalib gəliblər.
Xatırladaq ki, ilk turda Azərbaycan millisi Belçikaya 1:5 hesabıyla uduzubsa, ispanlar Lüksemburq üzərində 2:1 hesablı qələbəyə seviniblər.
AÇ-2022-nin seçmə mərhələsi
8-ci qrup
13 noyabr
İspaniya – Azərbaycan 6:0
Qol: Pablo Torre, 23; 69. Niko Serrano, 35, Arnau Martines, 71. Mikel Rodrises, 75. Alberto Moleyro, 90+3.
Baş hakim: Davit Kut (İngiltərə).