Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa bu axşam çıxacaq.


Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan ilə üz-üzə gələcək.


Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Bu gün həmçinin 1/8 finalda Rumıniya - Avstriya, Yunanıstan - Serbiya, Çexiya - Monteneqro görüşləri baş tutacaq.


Azərbaycan - Qazaxıstan cütünün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.


Xatırladaq ki, 1/8 finalın digər 4 oyunu dünən baş tutub:


Bosniya və Herseqovina - Macarıstan 2:2 (p. - 2:3)


Bolqarıstan - Fransa 6:1


Polşa - Gürcüstan 1:1 (p. - 2:3)


Ukrayna - Portuqaliya 3:1


Avropa çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycan millisi daha əvvəl Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək F qrupunun lideri olub.