17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunacaq oyunlara hazırlıq məqsədilə aprelin 25-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

U-17 mayın 1-də Minskə yollanacaq. Komanda mayın 2-də Belarus, 4-də Qazaxıstan, 7-də isə Türkiyədən olan həmyaşıdları ilə üz-üzə gələcək.

Millimizin heyəti belədir:

1. Firuzə Bayramova - Dinamo Balakən
2. Nərgiz Ağaliyeva - Baku Sportinq
3. Aygün Novruzova - Sabah
4. Arzu Cəfərova - Baku Sportinq
5. Xanım Əsədova - Sabah
6. Bədriyyə Mövludova - İnter Xaçmaz
7. Ayşən Salamzadə - Neftçi
8. Adelina Ağayeva - Sabah
9. Səma Əsədova - Neftçi
10. Ella Əmirova - Baku Sportinq
11. Cennet Hüseynova - Neftçi
12. Aysu Əsədova - Sabah
13. Aylin Kərimova - Neftçi
14. Tərgül Qəniyeva - Sabah
15. Məhsumə Vahabzadə - Sabah
16. Elizaveta Vaysman - İnter Xaçmaz
17. Arzu Ağaliyeva - Baku Sportinq
18. Günay Sultanlı - Sabah
19. Mehri Məmmədzadə - Sabah
20. Zeynəb Əsgərzadə - Baku Sportinq