
Milli üzvündə şəkərli diabet aşkarlandı
- 09 Noy 2021 11:41
- 377
Futbol üzrə Danimarka yığmasının və Fransanın “Nitsa” klubunun hücumçusu Kasper Dolberqdə şəkərli diabet xəstəliyi aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə 24 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb:
“Əziz azarkeşlər, bu həftə tibbi müayinələr nəticəsində məndə 1-ci tip şəkərli diabet aşkarlandı. Əlbəttə, bu, mənim üçün sürpriz oldu. Amma həm də son iki həftədə özümü niyə pis hiss etdiyimi öyrənməyimə çox şad oldum”.
Dolberq 2019-cu ildən “Nitsa”da çıxış edirdi. Gənc forvard Danimarka yığmasında keçirdiyi 32 oyunda 10 qola imza atıb.