Bir illik fasilədən sonra yenidən “Region Liqası”na qayıdan “Füzuli” cari mövsümə heç də pis başlamayıb.

Rekord.az xəbər verir ki, maddi durumu normal olan komanda yüksək yerlər uğurunda mübarizə aparır.

Maraq üçün deyək ki, komandaya bu rayondan deputat seçilən Vüqar Bayramov maliyyə dəstəyi verir. Belə ki, Bayramov qələbə müqabilində futbolçulara pul mükafatı təqdim edir.