
“Milan”ın futbolçusu rəsmən “Sampdoriya”da
- 11 Yan 2022 15:31
- 501
İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Milan”dan Andrea Kontini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konti ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
“Milan” italyan müdafiəçini 2017-ci ildə “Atalanta”dan 24 milyon avroya transfer etmişdi.