İngiltərənin "Nyukasl" klubu İtaliya "Milan"ından Sandro Tonaloni heyətinə qatıb.

Rekord.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İngiltərə klubu bu transfer üçün 70 milyon avrosundan keçib.

Qeyd edək ki, İtaliya millisinin də formasını geyinən oyunçu ötən mövsüm A Seriyasında 34 matçda iştirak edib, iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.