İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi İtaliyanın "Milan" klubundan Frank Kessyeni transfer edib.

Fil Dişi Sahili yığmasının da üzvü olan yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. 26 yaşlı oyunçuya 500 milyon avro təzminat qiyməti qoyulub.

"Barselona" Frank Kessyeni iyulun 6-da ictimaiyyətə təqdim edəcək.