
“Milan”dan A Seriyasında yeni uğur
- 23 Dek 2021 16:00
- 489
“Milan” İtaliya A Seriyasında yeni uğura imza atıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda il ərzində səfərdə ən çox qələbə qazanan ikinci kollektivə çevrilib.
Stefano Piolinin baş məşqçi olduğu komanda son olaraq 19-cu tur çərçivəsində ötən gecə “Empoli”yə səfərdə 4:2 hesabı ilə qalib gəlib. Nəticədə bu komandanın səfərdəki qələbə sayı 17-yə çatıb.
A Seriyasında il ərzində ən çox qələbə qazanmış komanda isə “Napoli”dir. Neapol təmsilçisi bu rekorda 2017-ci ildə səfərdə 18 qələbə qazanmaqla nail olub.