“Milan” qapıçısı Antonio Mirante ilə yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

40 yaşlı qolkiperlə yeni müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Mirante ötən ilin yayında keçdiyi “Milan”da cəmi 1 rəsmi matça çıxıb.

“Milan”ın gənc yarımmüdafiəçisi Marko Breşianini isə “Frozinone”yə transfer olunub. 23 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.