“Milan”da yeni müqavilə
- 13 Yan 2023 14:44
- 396
"Milan" yarımmüdafiəçisi İsmael Bennaserlə yeni müqavilə imzalayıb.
Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Əlcəzairli oyunçu ilə yeni müqavilənin müddəti 2027-ci ilin iyununa qədərdir.
Xatırladaq ki, Bennaser bu mövsüm A Seriyasında "Milan"ın heyətində 17 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib. O, 2019-cu ildən sözügedən klubda çıxış edir.