"Milan" yarımmüdafiəçisi İsmael Bennaserlə yeni müqavilə imzalayıb.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, əlcəzairli oyunçu ilə müqavilənin müddəti 2027-ci ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, Bennaser bu mövsüm A Seriyasında "Milan"ın heyətində 17 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib. O, 2019-cu ildən sözügedən klubda çıxış edir.