
“Milan”da İbrahimoviç şoku
- 24 Yan 2022 15:15
- 586
İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç sıradan çıxıb.
Rekord.az xəbər verir ki, isveçli futbolçu A Seriyasının 23-cü turunun “Yuventus”la matçında zədələnib.
27-ci dəqiqədə zədələnən İbrahimoviç Olivye Jiru ilə əvəzlənib.
41 yaşlı hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.