PSJ-nin müdafiəçisi  Serxio Ramos Fransa çempionatının 19-cu turunda "Loryen"lə matçda (1:1) meydanda qovulmasını şərh edib.

Rekord.az xəbər verir ki, ispan oyunçu 81-ci və 85-ci dəqiqədə sarı vərəqə alaraq komandasını azlıqda qoyub.

Ramos görüşlə bağlı yazıb: “Bu gün öyrənmək üçün yeni bir gündür. Sabah daha yaxşı olmaq üçün yeni bir gündür. Yalnız irəli!"

Qeyd edək ki, 35 yaşlı futbolçu yayda PSJ-yə transfer olunduqdan sonra Liqa 1 - də iki oyun keçirib