
Məvacibinin azaldılmasını istədilər, "Sumqayıt"dan getdi
- 20 İyn 2022 16:00
- 603
Mövsüm başa çatandan sonra bir çox futbolçusu ilə vidalaşan “Sumqayıt”da növbəti ayrılıq yaşanıb.
Rekord.az xəbər verir ki, bu dəfə düşərgəni tərk edən oyunçu yox, məşqçidi.
Söhbət “kimyaçılar”ın fiziki hazırlıq üzrə məşqçisi Gerard Merinodan gedir. Kluba yaxın mənbələrdən əldə etdiymiz məlumata görə, rəhbərlik müqaviləsinin müddəti bitən ispan mütəxəssisə yeni anlaşma təklif edib. Ancaq məvacibinin azaldılması şərtilə. Bu isə fiziki hazırlıq üzrə məşqçini qane etməyib və “Sumqayıt”dan ayrılmaq qərarına gəlib. Çox maraqlıdı ki, Merino klubdan getdiyini sosial şəbəkələr vasitəsiylə elan edib. ("Futbol plus")