Messinin atası Ər-Riyadda "Əl-Hilal"la danışıqlar aparır
- 13 Yan 2023 10:30
- 411
Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi oğlunun mümkün transferi ilə bağlı Səudiyyənin "Əl-Hilal" klubu ilə danışıqlar aparır.
Rekord.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, Xorxe Messi hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır və burada mövsümdə təxminən 300 milyon avro maaşla olan müqavilə ilə bağlı danışıqlar aparır. Argentina millisinin kapitanın PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında hesab edilir ki, Messinin transferi və Kriştiano Ronaldonun “Əl Nəsr”ə keçidi yerli liqaya marağı çoxaldacaq. Bu isə ölkənin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artıracaq. “Əl-Hilal” - “Əl-Nəsr” oyunu Səudiyyə Ərəbistanının əsas derbisidir.