
Messi və Ronaldonun oyununu izləmək üçün 2.6 milyonluq bilet aldı
- 19 Yan 2023 10:00
- 412
Sabah PSJ-nin “Əl Hilal” və “Əl Nəsr” ulduzlar ilə görüşünü izləmək üçün bir azarkeş 2,6 milyon dollara bilet alıb.
Rekord.az xəbər verir ki, Səudiyyə Ərəbistanının daşınmaz əmlak maqnatı Müşref əl-Qəmdi bu biletə hərracda sahib olub.
Bileti satan adam isə həmin məbləği “Ehsan” adlı xeyriyyə cəmiyyətinə bağışlayacağını bildirib.
Alınan bilet matçı VIP zonadan izləmək, mükafatlandırma mərasimində iştirak etmək, komandaların paltardəyişmə otaqlarına getmək və oyunçularla söhbət etmək hüququ verir.
Matç sabah saat 21:00-da başlayacaq. Kriştianu Ronaldo və Messinin üz-üzə gələcəyi görüşə maraq həddən artıq böyükdür.