PSJ-nin  futbolçusu Lionel Messi ölkə kubokunun 1/32 finalında "Feni-Olnua"ya qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

Rekord.az "RMC Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisinin məşqçilər korpusu 34 yaşlı argentinalı hücumçuya istirahət verib. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Feni-Olnua" - PSJ matçı bu gecə Bakı vaxtı ilə saat 00:10-da başlayacaq