
Messi ÇL-i qazanmaq şanslarından danışdı
- 17 Fev 2022 21:00
- 633
PSJ-nin hücumçusu Lionel Messi komandasının Çempionlar Liqasının qalibi olmaq şanslarından danışıb.
Rekord.az "PSG Magazine" nəşrinə istinadən xəbər verir ki, o, turnirin kubokunu qazana biləcəklərini deyib: "Çempionlar Liqası? Turnirdə qalib gəlməyə çalışacaq komandamız var. Biz bu ideyaya görə çox həyəcanlıyıq və ümid edirik ki, bu reallaşacaq. Lakin PSJ sakitləşməlidir.
Ən güclü komanda həmişə qalib gəlmir. Ən yaxşı komanda olmağın yollarını düşünərək bütün detallara diqqət yetirməlisiniz. Məqsədlərinə çatan ən güclü komandalardır. PSJ bu haqda düşünür".
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ "Real"a 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu Kilian Mbappe vurub.