"Barselona" futbolçusu Usman Dembeleni cərimələyəcək.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb 24 yaşlı hücumçunun məşqə gecikməsidir.
O, komandanın 08:30-da başlayan hazırlıq prosesinə 08:33-də qatılıb.
Qeyd edək ki, Dembele 2017-ci ildən "Barselona"da oynayır.