AFFA Məşqçilər Komitəsi federasiya qarşısında yeni təkliflə çıxış edib.

Rekord.az xəbər verir ki, sözügedən komitə əvəzedici komandaların çempionatının yenidən bərpa olunmasını vacib sayır.

Mütəxəssisləe bu komandaların I Divizionda çıxışının divizionun nüfuzunu aşağı saldığını düşünür. Mütəxəssislər təklif edib ki, əvəzedici komandaların əvəzinə I Diviziona yeni bölgə komandaları cəlb olunsun. AFFA rəhbərliyinin bu məsələyə hansı reaksiyanı verəcəyini yəqin ki, qarşıdakı aylarda biləcəyik.