“Milan”ın futbolçusu Zlatan İbrahimoviç PSJ-nin hücumçusu Kilian Mbappenin oyunu haqda danışıb.

Rekord.az xəbər verir ki, 40 yaşlı isveçli hücumçu İtaliya mətbuatına açıqlamasında Mbappenin zərif oyunçu olduğunu deyib. O, fransalı forvardı Braziliya millisinin sabiq üzvü Ronaldoya ənzədib:

“Zərif futbolçuları sevirəm. Futbolçusuzsa, digər oyunçuların necə düşündüyünü və necə hərəkət etdiyini görə bilərsiz. Epizodu daha əvvəldən hiss edə bilən futbolçuları sevirəm. Mbappenin də braziliyalı Ronaldoya bənzədiyini düşünürəm. Mbappenin oyunu çox zərifdir”.