
Mbappedən Əşrəf Hakimiyə dəstək
- 26 Yan 2022 18:30
- 588
Mərakeş yığması Afrika Millətlər Kubokunun 1/8 finalında Malavi ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, Mərakeşin 2:1 hesabı ilə qalib gəldiyi oyunda qəlbə qolunu Əşrəf Hakimi vurub.
Əşrəfin bu qoluna PSJ-nin hücumçusu Kilian Mbappe biganə qalmayıb. O, “tvitter”də belə yazı b:
“Əşrəf Hakimi. Dünyanın ən yaxşı sağ cinah müdafiəçisi. Gecəniz xeyrə qalsın, uşaqlar”.
Mərakeş yığması 1/4 finalda Fil Dişi Sahili - Misir cütünün qalibi ilə qarşılaşacaq.