
Mbappe təcrübəni puldan önəmli sayır
- 17 Dek 2021 15:11
- 589
PSJ-nin futbolçusu Kilian Mbappe gələcək karyerası və planları barədə danışıb.
Rekord.az GFNN-ə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu əsas məqsədinin çox pul qazanmaq olmadığını vurğulayıb:
“Baxmayaraq ki, bizim qayğı göstərməli olduğumuz ailələrimiz var, təcrübə pul qazanmaqdan daha vacibdir. Hər şeydən əvvəl kəşf etmək, səyahət etmək, başqa oyunçularla görüşmək, fərqli mədəniyyətlər qazanmağı arzulayıram. İlk vaxtlar ulduz sayılmaq hissi ilə yaşamaq bir az çətin idi. Yaxşı ki, valideynlərim transfer məbləğimi mənə demədilər. 14 yaşlı uşağı milyonlarla dollar dəyərində olduğunu öyrəndikdən sonra onu necə böyütmək olar? Bunun sayəsində pula qarşı sakit münasibətim var. Bunun vacib olduğunu başa düşürəm. Şadam ki, məndə belə keyfiyyətlər var. Pul mənim gündəlik motivasiyam deyil”.
Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də oynayır