
Mbappe: "Messi ilə oynamaq çox rahatdı"
- 14 Dek 2021 14:16
- 586
PSJ-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı Lionel Messi haqda danışıb.
Rekord.az xəbər verir ki, Mbappe argentinalı ulduzu dünyanın ən yaxşı futbolçusu adlandırıb:
“Messi ilə oynamaq rahatdır. O, dünyanın ən yaxşı futbolçusudur.
Bir neçə gün əvvəl “qızıl top”u qazandı. Ümid edirəm ki, gələcəkdə bizə kömək edər”.