
Mbappe məşqi buraxdı
- 23 Noy 2021 16:17
- 516
PSJ-nin hücumçusu Kilian Mbappe komandanın dünənki məşqində iştirak etməyib.
Rekord.az "L'Equipe"yə istinadən xəbər verir ki, fransalı futbolçu xəstə olduğu üçün meydana çıxa bilməyib. Mbappe ilə bağlı ciddi bir şeyin olmadığı vurğulanıb.
22 yaşlı oyunçunun tezliklə məşqlərə qayıdacağı gözlənilir.Kilianın Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Mançester Siti” ilə keçiriləcək oyuna kimi tam sağalıb-sağlaya bilməyəcəyi hələlik bəlli deyil.
Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 17 matça çıxıb, 8 qol vurub və 12 qolun ötürməsini verib.