“Real”ın keçmiş müdafiəçisi Marselo Madrid klubundan ayrıldığını elan etdikdən sonra karyerasını İspaniyada davam etdirmək variantlarını nəzərdən keçirir.

Rekord.az xəbər verir ki, braziliyalı futbolçu özünü ən yüksək səviyyədə oynamağa qadir hesab edir və oğlu “Real” akademiyasında oynadığı üçün ailəsi ilə İspaniyadan ayrılmaq istəmir.

34 yaşlı braziliyalının üç variantı var. O, “Valyadolid”, “Xetafe” və “Rayo Valyekano”dan birinə keçə bilər.

Marselo “Real”ın heyətində 545 oyuna çıxıb, 38 qol vurub, 103 məhsuldar ötürmə edib. Braziliyalı futbolçu 2007-ci ildən “Real”da çıxış edirdi.