
"Marsel"in futbolçusu Avropa nəhənglərinin hədəfində
- 15 Dek 2021 13:21
- 450
"Marsel"in yarımmüdafiəçisi Bubakar Kamara bu yay klubunu dəyişə bilər.
Rekord.az "The Athletic"ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Mançester Yunayted" və " Nyukasl" maraqlanır. Onu "Barselona" və "Bavariya"nın izlədiyi bildirilir.
Fransız futbolçunun artıq mövsümün sonunda "Marsel"dən azad agent kimi ayrılmağa qərar verdiyi vurğulanıb.
Xatırladaq ki, "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"dir.