"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Ağdam təmsilçisi ilə keçirəcəkləri matçlar barədə danışıb.

Rekord.az xəbər verir ki, 61 yaşlı argentinalı mütəxəssis Fransa çempionatında ilk pillələr uğrunda mübarizə aparmalarına baxmayaraq, Konfrans Liqasına da ciddi yanaşdıqlarını söyləyib:

“Mövsümə yaxşı başladıq, həm Liqa 1-də, həm də avrokuboklarda iddiamızı davam etdiririk. Konfrans Liqası bu ildən yaradılmasına baxmayaraq, yüksək səviyyəli komandalar burada çıxış edir. Bu turnirə qeyri-ciddi yanaşmaq fikrimiz yoxdur. Bu, eyni zamanda Avropa arenasında böyük klublarla qarşılaşmaq üçün fürsətdir. Hədəfimiz Konfrans Liqasını qazanmaq, bunu azarkeşlərə hədiyyə etməkdir”.

Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda keçiriləcək.